"dillər və ədəbiyyatlar" üzrə axtarış nəticələri

24.12.2021Yunus Əmrə və Türkcə ilinə həsr olunmuş tədbir2021-ci il dekabrın 23-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Yunus Əmrə və Türkcə ilinə həsr olunmuş “Gel Gidelim Dosta Gönül” (Türk Dünyasına Səyahət) adlı tədbir keçirildi. Tədbirdə Bakı Yunus Əmrə Mərkəzinin müdiri Selçuk Karakılıç, Tatarıstanın Azərbaycandakı nümayəndəsi Elmira Yusifli, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, Xəzər Universitetinin əməkdaşları və tələbələri iştirak etdilər. Tədbirdə Yunus Əmrə yaradıcılığından şeirlər səsləndirilməklə yanaşı, tələbələr Türk Dünyasının dahi ş...

22.12.2021Yeni il Milli Kitab Sərgisində Dillər və ədəbiyyatlar departamentinin müəllimi ilə görüş2021-ci il dakabrın 19-da Yeni il Milli Kitab Sərgisində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoyla “Gənc yazarları niyə oxumuruq?” mövzusunda görüş-disput keçirilmişdir. Yazıçı Cəlil Cavanşirin moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan gəncliyinin mütaliə və intellekt səviyyəsi, oxumağa və yazmağa olan münasibəti, həmçinin yazıçıların qarşılaşdıqları çətinliklər kimi bir çox məsələlər müzakirə edilmişdir. Görüşdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Ze...

10.12.2021Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı2021-ci il dekabrın 9-10-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamenti və İngilis dili və ədəbiyyatı departamentinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilmişdir. Hibrid formatda keçirilən konfransda dünyanın bir sıra ölkələrindən – Türkiyə, Misir, Banqladeş, Əfqanıstan, Seneqal, Rusiya, Gürcüstan, İran və digər ölkələrdən Nizami irsinin tanınmış tədqiqatçıları iştirak etmişlər. Konfransın keçirildiyi Mərmər zalda tədbirə dəvət olunmuş...

06.12.2021Ankara Hacı Bayram Veli Universitetinin professoru Xəzər Universitetində məruzə ilə çıxış etmişdir2021-ci il dekabrın 2-də Xəzər Universitendə Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami Gəncəvi-880” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilmişdir. Seminarın qonağı Ankara Hacı Bayram Veli Universitetinin müəllimi Prof. Dr. Ayşe Yıldız “Türkcə yazılmış Leyli və Məcnun məsnəvilərində Nizami Gəncəvinin təsiri” aslı məruzə ilə çıxış etmişdir. Onlayn təşkil edilən tədbiri Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova açaraq, həm qonaq haqqında, həm də mövzu haqqında tələbələri və qonaqları ...

03.12.2021Dillər və ədəbiyyatlar departamentinin müəllimi onlayn konfransda2021-ci il noyabrın 28-də Sankt-Peterburqda Elger Beynəlxalq Elm-tədris Mərkəzi tərəfindən“Mədəniyyətlərarası dialoq” adlı XX Beynəlxalq elmi konfrans keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Şəlalə Mirzəyeva onlayn konfransda iştirak edərək, sertifikat almışdır....

30.11.2021Xəzər Universitetinin dekanı və müəllimi Qazi Universitetində keçirilən “Türk Dünyası təhsil elmləri kongresi”ndə iştirak ediblər2021-ci il noyabrın 24-26-da Qazi Universiteti Təhsil İnstitutunun təşkilatçılığı ilə “Türk Dünyası təhsil elmləri kongresi” adlı beynəlxalq konqres keçirilmişdir. Konqresdə Türk dünyasının müxtəlif ölkələrindən gələn nümayəndələr iştirak etmişdir. Xəzər Universitetini Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli və Dillər və ədəbiyyatlar departamentinin müəllimi fil.ü.f.d. Zəminə Ziyayeva həmin konqresdə məruzə ilə çıxış ediblər....

26.11.2021BDU-nun dosenti Xəzər Universitetində məruzə ilə çıxış etmişdir2021-ci il noyabrın 25-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “İnteqrativ dərs” layihəsi çərçivəsində növbəti açıq dərs keçirildi. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının dosenti Vəfa İskəndərova “Azərbaycan folklorunda ənənəvi nağıl formulları” adlı məruzə ilə çıxış etdi. Formullar haqqında geniş məlumat verən məruzəçi nağıllarla yanaşı, digər folklor janrlarının formulları və işlənmə məqamları haqqında geniş məlumat verdi. Ölkəmizdə bu istiqamətdə aparılan tədqiqatlard...

28.10.2021Dahi rus yazıçısının yubileyi münasibətilə seminar2021-ci il oktyabrın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə dahi rus yazıçısı F.M.Dostoyevskinin 200 illik yubileyi çərçivəsində elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova F.M.Dostoyevskinin 200 illik yubileyi çərçivəsində Xəzər Universitetində görülən və görüləcək işlər barədə məlumat vermiş və sözü professor Akif Hüseynova vermişdir. Seminarda ədəbiyyatşünas-tənqidçi Akif Hüseynov “F.M.Dostoyev...

26.10.2021Tehsil-press.az Xəzər universitetində keçirilmiş seminar haqqında2021-ci il oktyabrın 25-də tehsil-press.az saytı Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar keçirilməsi haqqında xəbər yayımlayıb. http://tehsil-press.az/index.php?newsid=62528#newsbase1 ...

22.10.2021“Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda seminar2021-ci il oktyabrın 19-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar keçirilmişdir. Departamentin müəllimi dos. Xatirə Yusifovanın moderatorluğu ilə təşkil olunan seminarda Türkiyənin Ankara Sosial Elmlər Universitetinin Türk Dili və Ədəbiyyatı Bölümünün dosenti Nagihan Gur əlyazmaların oxunma texnikası, Gibb kolleksiyasında azərbaycanlı, osmanlı, iran, ərəb müəlliflərin əlyazmaları və XIX əsrin əvv...

18.10.2021Dillər və ədəbiyyatlar departamentinin müəllimi XVI Beynəlxalq Böyük Türk Dili Qurultayında2021-ci il sentyabrın 26-27-də Ankarada, Bilkent Universitetində İhsan Doğramacı Erbil Vəqfi, Yunus Emre İnstitutu, Türkiyə-Azərbaycan Dostluq İşbirliyi və Dayanışma Vəqfi, Mosul Universiteti, Kərkük Universiteti və Səlahəddin Universitetinin (İraq) birgə təşkilatçılığı ilə XVI Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Zəminə Ziyayeva qurultayda “XX yüzyılın ilk modernistlerinden Üzeyir Hacıbeyli ve dil görüşleri” adlı məruzə ilə çıxış etmişdir. https://www.bilkent...

11.10.2021“Klassik mətnlərdə təsəvvüf simvolikası” mövzusunda elmi konfrans keçirilmişdir2021-ci il oktyabrın 7-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Klassik mətnlərdə təsəvvüf simvolikası” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan departamentin müdiri dos. Dilbər Zeynalova iştirakçıları salamlamış, təsəvvüfün bütün orta əsrlər boyunca İslam Şərqində mükəmməl mənəvi-əxlaqi davranış normaları, bitkin bədii-fəlsəfi dünyagörüş olduğunu qeyd etmişdir. Departamentin müəllimi dos. Xatirə Yusifovanın moderatorluğu ilə davam edən konfransda Türkiyənin Üsküdar Univers...

27.09.2021Tehsil-press.az: Xəzər Universiteti müəlliminin məqaləsi Türkiyə jurnalında dərc edilib2021-ci il sentyabrın 24-də tehsil-press.az saytı Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Sevinc Ağayevanın Traces of Folk Literature in the “Maqtal” of Yusif Maddah in the XIV century (in Based on the “Maqtali-Hussein” Masnavi) (“XIV əsr Yusif Məddah “məqtəl”ində xalq ədəbiyyatının izləri (“Məqtəli-Hüseyn” məsnəvisi əsasında)” adlı məqaləsinin Türkiyədə nəşr olunan “Söylem Filoloji Dergisi”nin ingilis dili bölümündə dərc edilməsi haqqında xəbər yayımlamışdır. http://tehsil-press.az/index.php?newsid=61758#ne...

19.09.2021Dillər və ədəbiyyatlar departamentinin müəlliminin məqaləsi “Söylem Filoloji Dergisi”ndəXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Dr. Sevinc Ağayevanın Türkiyədə nəşr olunan “Söylem Filoloji Dergisi”nin (6-cı cild, 2-ci sayı, 2021) ingilis dili bölümündə Traces of Folk Literature in the "Maqtal" of Yusif Maddah in the XIV century (in Based on the "Maqtali-Hussein" Masnavi) (XIV əsr Yusif Məddah “məqtəl”ində xalq ədəbiyyatının izləri (“Məqtəli-Hüseyn” məsnəvisi əsasında) dərc edilmişdir. https://dergipark.org.tr/tr/pub/soylemdergi/issue/64667 ...

16.09.2021“Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans2021-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 103 illiyi münasibətilə Xəzər Universitetinin Tarix və arxeologiya departamentının təşkilatçılığı ilə universitetdə “Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans keçirildi. Konfransda Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Humanıtar, təhsil və sosyal elmlər fakultəsinin dekanı Elza Səmədova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, digər müəllimlər, tələbələr və Türkiyə səfirliyinin nümayən...

12.09.2021Humanitar, təhsil və sosial elmlər fakültəsi İstanbul Aydın Üniversitetinin Fənn ədəbiyyat fakültəsi ilə görüş keçirib2021-ci il sentyabrın 8-də Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsi ilə İstanbul Aydın Üniversitetinin Fənn ədəbiyyat fakültəsinin əməkdaşları arasında virtual görüş keçirilmişdir. Görüşdə Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu Quliyev, departamentin müəllimləri Orxan Zamanov və Dr. Bayram Quliyev, assistenti Ceyran Məmmədova, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, Dillər və əd...

27.08.2021Dillər və Ədəbiyyatlar Departamenti Youtube kanalındaXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Youtube kanalında elmi-populyar verilişlər, ədəbi söhbətlər, elm və sənət adamları ilə müsahibələr və s. aparmaq məqsədilə AZBN TV hesabında fəaliyyət göstərməyə başlamışdır. İlk olaraq, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Səni çox sevirdim” şeiri departamentin müəllimi Gülşanə Xudiyeva tərəfindən səsləndirilmiş və Youtube kanalında yerləşdirilmişdir. https://www.youtube.com/watch?v=FEFu0HpXWT0&t=5s ...

26.08.2021“Xəzər”in müəllimi Azərbaycan radiosu ilə TRT1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində2021-ci il avqustun 20-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı Azərbaycan radiosu ilə Türkiyənin TRT1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan və iki ölkədə yayımlanan “Durna teli” verilişinin canlı yayımda qonağı olub. Qeyd edək ki, Azərbaycan radiosu ilə yayımlanan verilişi təşkil edənlər Əhməd Oğuz, Dilşad Tahirqızı, Rövşən Sabiroğlu və Gülsüm Dadaşovadır. Bir saatlıq ortaq yayımın ilk yarım saatında “Türkiyənin səsi” radiosundan Yasəmən Pamukçunun ap...

07.06.2021Dillər və ədəbiyyatlar departamentində dissertasiya işinin ilkin müzakirəsi2021-ci il mayın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin doktorantı Ayna Babazadənin filologiya üzrə fəlsəfə doktorluğu üçün “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirildi. İclası departamentin müdiri dosent Dilbər Zeynalova açaraq, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq əyani və onlayn şəkildə qoşulan iştirakçıları salamladı, dissertasiya işinin və onun avtoreferatının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının...

01.06.2021Türkiyəli ədəbiyyatşünas Nizami Gəncəvi yaradıcılığına dair elmi seminar keçirmişdir2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi çərçivəsində  Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Nizami yaradıcılığına həsr olunmuş “Nizami Gəncəvi-880” adlı layihə həyata keçirməkdədir. 2021-ci il mayın 22-də Türk ədəbiyyatşünası, eyni zamanda Türk Dünyasının tanınmış siması prof. dr. Mustafa İsenin iştirakı ilə “Türk Dünyası edebiyatında Nizamî etkisi” mövzusunda virtual elmi seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir...

29.05.2021Elmi Şuranın Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası2021-ci il mayın 27-də Xəzər Universitetinin Elmi Şurasının Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası keçirildi. İclasın əvvəlində tanınmış pedaqoq, təhsil təşkilatçısı, Xəzər Universiteti və “Dünya” məktəbinin həmtəsisçisi, universitetin Direktorlar və Qəyyumlar Şurasının humanitar işlər üzrə müşaviri Nailəxanım İsayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Nailəxanım İsayeva haqqında xatirələrini şura üzvləri və qonaqlarla bölüşərək, onu həyatı və işini se...

27.05.2021Dillər və ədəbiyyatlar departamentinin müəllimi Türkiyədə keçirilən beynəlxalq elmi simpoziumda2021-ci il mayın 20-21-də Türkiyənin Qazi Universitetində “Bilge Tonyukuk Anısına 3. Uluslararası Türk Dili ve Edebiyatları Öğretimi Sempozyumu” keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova simpoziumda “Müstəqillikdən sonra klassik Azərbaycan ədəbiyyatının tədrisi (Xəzər Universiteti örnəyində)” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur....

24.05.2021Dillər və ədəbiyyatlar departamentinin müdiri Türkiyədə keçirilən beynəlxalq elmi konfransda2021-ci il mayın 20-21 də Türkiyənin Qazi Universitetində “Bilge Tonyukuk Anısına 3. Uluslararası Türk Dili ve Edebiyatları Öğretimi Sempozyumu” keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova “Ədəbiyyatın tədrisində ortaq türk konteksti” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur....

27.04.2021“Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs2021-ci il aprelin 24-də Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər fakültəsinin I kurs tələbələrinə Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş “Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs keçirilib. Universitetin İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinin də qatıldığı açıq dərsdə Təbrizdən tanınmış şəhriyarşünas, “Qürub” dərgisinin baş yazarı Rza Həmraz iştirak edib. M.Şəhriyarın öz səsində “Yalan düny...

18.04.2021“Nizami Gəncəvi – 880” mövzusunda dəyirmi masa2021-ci il aprelin 17-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – 880” mövzusunda onlayn dəyirmi masa keçirilib. Dəyirmi masada universitetin tələbələri və əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Kastamonu Universiteti, Karabük Universiteti və Şimali Kipr Doğu Akdeniz Universitetinin müəllim və professor heyəti iştirak etmişlər. Dəyirmi masanı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir iştirakçılarını sa...

17.04.2021Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri mövzusunda dəyirmi masa2021-ci il aprelin 15-də Xəzər Universitetinin "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisi Lənkəran Peşə Liseyinin müəllim və tələbə heyəti ilə birgə “Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri” mövzusunda onlayn dəyirmi masa keçirib. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı “Azərbaycan şairi Nizami” kitabında Nizaminin bir Azərbaycan şairi olmasının sübut edildiyinə diqqət çəkib. Tədqiqat müəllifinin Nizaminin yaşadığı zaman və şəraitdə dilin milli mənsubiyyəti bil...

10.04.2021“Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ dərs2021-ci il aprelin 9-da Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər, İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova və fənn müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ onlayn dərs keçirilib. Dərsdə C.Cabbarlı ev-muzeyinin direktoru, C.Cabbarlı Fondunun prezidenti Qəmər Bağırova iştirak edib. Qonağı salamlayan D. Zeynalova Cəfər Cabbarlının qeyri-standart və q...

09.04.2021Xəzər Universitetində Fransız dili bayramıAprelin 2-də Xəzər Universitetində Frankofoniya həftəsi çərçivəsində Fransız dili bayramı keçirilmişdir. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Fatma Ağayevanın təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə departamentin müdiri dosent Dilbər Zeynalova açmışdır. O, Xəzər Universietinin təməl prinsiplərində mədəni müxtəlifliyin dayandığını vurğulamış, belə tədbirlərin mədəniyyətlərin inteqrasiyasında əvəzsiz rolunu qeyd etmişdir. Fransanın Azərbaycandakı səfirliyinin Mədəni əməkdaşlıq və fəailyyət üzrə məsləhətçisi Jerom Kel və Məd...

03.04.2021“Azərbaycan poeziyasında Mirzə Ələkbər Sabir mərhələsi” mövzusunda inteqrativ dərs2021-ci il aprelin 2-də Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı və M.Ə.Sabir Fondunun prezidenti, Bakı Dövlət Universitetinin dosenti Sevda Tahirlinin moderatorluğu ilə “Azərbaycan poeziyasında M.Ə.Sabir mərhələsi” mövzusunda inteqrativ onlayn dərs keçirilib. Dərsə Humanitar, təhsil və sosial elmlər, Təbiət elmləri və mühəndislik fakültələrinin yuxarı kurs tələbələri və Polşa, Türkiyə universitetlərindən tələbələr də qatılıb. ...

09.03.2021“Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda seminarMartın 8-də Nizami Gəncəvi ili ilə əlaqədar “Xəzər”in ədəbiyyat səyyahları” adlı ədəbi-fəlsəfi məclisi universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda onlayn seminar keçirmişdir. Tədbirin qonağı - Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev mövzu ətrafında araşdırmalarından danışmışdır. Seminarda universitet tələbələrindən Aydan Nağıyeva, İlkanə İbrahimbəyli, Şəms Qurban...